İstanbul Bələdçisi

Dünyanın ən ruhlandırıcı şəhərinə xoş gəlmisiniz!

Eyni zamanda həm Avropa, həm də Asiya qitələrində yerləşən İstanbul dünyanın ən gözəl şəhərlərindən biridir.

Əksər şəhərləri çoxdan tərk edən sirr və cazibə indi də bu şəhərdə bir yerdə mövcuddur. İstanbul bir çox muzeylərə, saraylara, məscidlərə ev sahibliyi edir, eyni zamanda təbii gözəlliyə malikdir.

Boğazda gün batarkən qırmızı günəş axşam bir sahildən digərinə parladığı zaman insanların bu möhtəşəm şəhərdən niyə təsirləndiyini anlamaq asandır.

istanbul

Hara ziyarət etmək?

İstanbulda görməli yerlər çoxdur.

Tarixi küçələri dolaşmaq üçün tarixi yarımadaya baş çəkməlisiniz. Tarixi yarımadada Ədviyyat Çarşısı, Kapalı Çarşı, Topkapı Sarayı, Ayasofya Muzeyi, Yerebatan Sarnıcı, Beyazıt Meydanı, Sultanahmet Meydanı, Süleymaniyyə məscidi və Sultanahmet məscidini ziyarət edə bilərsiniz.

Göy Məscid — Osmanlı İmperiyasının paytaxtı İstanbulda (1453-1923-cü illər) tarixi məsciddir. Məscidin daxili divarlarını bəzəyən mavi çinilərə görə Göy Məscid kimi tanınır.

Bir çox məscidlər kimi Sultan 1-ci Əhmədin dövründə 1609-1616-cı illərdə tikilmişdir. Məscidin içində onun yaradıcısının məzarı, mədrəsə və hospis var.

Qalata Qülləsi, Taksim Meydanı və İstiqlal Caddesi ziyarət edilməli digər mühüm yerlərdir.

İstanbulda alış-veriş edə biləcəyiniz bir çox ticarət mərkəzləri və sosial mərkəzlər var.

mosque

Medipol harada yerləşir?

Medipol Qrupun İstanbulda 10 fərqli mərkəzi var. Medipol Mega Universitet Xəstəxanası Bağçılarda yerləşir. Bağçılar İstanbul Hava Limanına və TEM-ə (İstanbulun əsas magistral yollarından biri) çox yaxındır. Bundan əlavə, şəhərin ürəyinə 30 dəqiqəlik məsafədədir: Sultanahmet, Kapalıçarşı və Taksim.