MAGNETOM Vida

MAGNETOM Vida

MAGNETOM-Vida

MAGNETOM Vida, şəxsə xüsusi MRT çəkilişi aparan sürətli, səssiz, komfortlu və yüksək görüntü keyfiyyətinə malik qabaqcıl texnoloji bir cihazdır. Nəfəsini saxlamağa ehtiyac olmadan xəstənin ürək və qarın çəkilişlərini apara bilən cihaz, həmçinin xəstənin bədən yağ, əzələ və su nisbətlərinə görə ən yaxşı çəkiliş parametrlərini avtomatik olaraq müəyyən edir.

MAGNETOM Vida, turbo suite texnologiyası sayəsində standart MRT-lərə nəzərən 50%-ə qədər çəkiliş müddətini qısaldır. MRT çəkilişində yaranan yüksək səsə baxmayaraq, MAGNETOM olduqca səssiz işləyərək xəstələrin prosesi daha sakit keçirməsini təmin edir.

Standart MRT cihazlarının aralığı dar olduğu halda, MAGNETOM-da xəstənin yatdığı tunel aralığı 70 sm-dir.

MAGNETOM Vida, normal MRT skanerləri ilə müqayisədə dörd dəfəyə qədər daha çox siqnal toplama tutumuna malikdir. Bu xüsusiyyət isə bütün bədən çəkilişlərinin daha detallı və ən yüksək keyfiyyətdə görüntülənməsinə imkan verir.

Digər seçilmiş texnologiyalar


Dərc tarixi: 09.09.2026

Yenilənmə tarixi: 05.11.2026

Müəllif: Medipol Sağlamlıq Qrupu Veb və Tibbi Nəşr Komitəsi