Rentgen, komputer tomoqrafiyası və ultrasəs müayinəsi kimi görüntüləmə metodlarının diaqnoz qoymaqda kafi olmadığı hallarda, Maqnit Rezonans Tomoqrafiyasına (MRT) ehtiyac yarana bilər. Lakin digər görüntüləmə metodlarına nəzərən bu müayinənin uzun çəkməsi, əməliyyat müddətində hərəkətsizlik tələb etməsi və tunel şəklindəki maqnit sahəsinə girmək zərurəti, MRT-nin bütün hallarda tətbiq edilə bilməsini məhdudlaşdırır. Anesteziya altında MRT görüntüləməsi məhz bu məhdud qrupda görüntüləmə problemini həll edə bilir.
Xəstənin hərəkətsiz qala bilmədiyi və ya bundan gözlənilə bilmədiyi vəziyyətlər (məs: şüur pozğunluğu və ya demensiya)
Verilən əmrlərə (məs: nəfəsini saxlama əmri) əməl edə bilməyəcək yaş və vəziyyətdəki uşaqlar
Arxası üstə yatarkən açıq ağrı şikayəti olanlar (çoxlu hallarda MRT görüntüləməsi arxası üstə yatma vəziyyətində aparılır)
Ventilyator dəstəyinə ehtiyacı olan xəstələr
Klaustrofobiyası (qapalı məkanda olma qorxusu) olanlar (məs: MRT tuneline girmə qorxusu olanlar)
MRT-nin əsasən maqnit xüsusiyyətinə malik olması səbəbindən, MRT otağına alınmadan əvvəl xəstədə ürək stimulyatorunun mövcudluğu, tərkibi bilinməyən metal protezlərin mövcudluğu, dişlərdə çıxarıla bilən metal alətlərin mövcudluğu, gözdə hərəkət edə biləcəyi düşünülən metal hissəciyin mövcudluğu və beyin damarlarında anevrizma klipsinin mövcudluğu və s. sorğulanmalıdır. Bunların mövcudluğu MRT görüntüləməsinə mane olan vəziyyətlərdir. Həmçinin, anestezik dərmanların tətbiqinə mane ola biləcək allergiya tarixçəsi də əməliyyatdan əvvəl sorğulanacaq.
Əməliyyat zamanı mədənin boş olması, mümkün qusma halında tənəffüs yollarına mədə məzmununun keçməsinin qarşısını alacaqdır. Bu səbəbdən, xəstənin yaşı da nəzərə alınaraq, təxminən 4-6 saatlık aclıq tələb olunur.
Çəkiliş aparılmadan əvvəl, mütəxəssis bir anestezioloq tərəfindən ümumiyyətlə bir qazın tənəffüs edilməsi və ya damar yolu ilə dərmanın verilməsi vasitəsilə lazımi anesteziya təmin edilir. Buradaki əsas məqsəd, MRT görüntüləməsi zamanı xəstənin sabit qalmasını təmin etməkdir.
Anestezioloq, xəstənin qan təzyiqini, nəbzini, bədən istiliyini və tənəffüs-oksigen saturasiyasını əməliyyat boyu monitorinq edir. Bu monitorinq, otaqdaki maqnit sahəsindən təsirlənməyən, mühitə xüsusi hazırlanmış, yəni MRT-uyğun avadanlıqlar vasitəsilə mümkün olur.
Anesteziyalı MRT müayinəsi, görüntülənəcək sahəyə və damardan kontrast maddə verilib-verilməyəcəyinə bağlı olaraq təxminən 30-90 dəqiqə çəkə bilər. Əməliyyatdan sonra da anestezik maddənin təsirlərinin aradan qalxdığının müşahidə edilməsi məqsədilə 1-2 saatlık nəzarətin lazım ola biləcəyi nəzərdə saxlanılmalıdır. Anesteziya tətbiq olunması səbəbindən gün ərzində yüngül yuxululuq-yorğunluq hissi, diqqətin azalması kimi şikayətlərin bildirilməsi mümkündür. Bu kimi vəziyyətlər nəzərə alınaraq, yetkin xəstələrimizin də Anesteziyalı MRT görüntüləmələrinə həmrahları ilə gəlmələri məqsədəuyğun olacaqdır.
Digər seçilmiş texnologiyalar
Dərc tarixi: 09.09.2026
Yenilənmə tarixi: 09.11.2026