Check-up Öncəsi Hazırlıq Məlumatları

Check-up-dan ən dəqiq nəticələri əldə edə bilməniz üçün görüş təyin etməzdən əvvəl check-up ön hazırlıq məlumatlarını oxumağınızı tövsiyə edirik.

  • Check-up görüşünüzdən əvvəlki gecə saat 00:00-dan sonra heç nə yeməyinizə əmin olun.
  • Çay, qəhvə, qazlı içkilər və həddindən artıq su istifadəsindən çəkinməyə çalışın. (Qaçılmaz hallarda bir stəkandan çox olmamaq şərtilə su içmək olar.)
  • Siqareti və bütün növ tütün məhsullarının istifadəsini dayandırın.
  • Check-up görüşünüzdən 3 gün əvvəl alkoqol istifadəsini dayandırın.
  • Səhər ac qarına qəbul etməli olduğunuz dərmanları özünüzlə gətirin.
  • Check-up görüşünüzün olduğu səhər heç bir halda səhər yeməyi yeməyin.
  • Ekokardioqrafiyadan əvvəl bədəninizə krem və ya losyon sürtməyin.
  • Check-up proqramınızda Yüklənmə Testi varsa, buna uyğun geyimlə (idman geyimi, idman ayaqqabısı) gəlməyiniz lazımdır.
  • Check-up görüşünüz zamanı bəzək və aksesuar taxmayın.
  • Check-up görüşünüzdən əvvəl fiziki məşq və hər növ zəhmət tələb edən fəaliyyətdən çəkinin.
  • Check-up paketində Mammoqrafiya olan xəstələr; gəlməzdən əvvəl duş qəbul etməli, bədənə krem, parfüm və s. məhsullar sürtməməlidir. (Çəkiliş menstruasiya dövrünün 7-ci ilə 10-cu günləri arasında aparılır). Görüş bu tarixlərə görə təyin edilməlidir.
  • Son 6 ayda aparılmış test və müayinə nəticələrini zəhmət olmasa özünüzlə gətirin.
  • Hamiləlik vəziyyəti və ya hamiləlik şübhəsi olan xəstələrin check-up öncəsi bu vəziyyəti həkiminə mütləq bildirməsi lazımdır.

Check-up Öncəsi Dərman İstifadəsi və Ediləcəklər

Check-up-dan ən dəqiq nəticəni əldə edə bilməniz üçün görüşünüzdən ən azı 3 gün əvvəl aşağıdaki dərmanların istifadəsini dayandırın.

  • Check-up görüşünüzün 5 gün əvvəlindən etibarən vitamin dərmanı istifadə etməyin.
  • Resept olmadan bitki mənşəli dərman istifadə etməyin.
  • Check-up görüşünüzdən əvvəl növündən asılı olmayaraq dəmir dərmanları istifadə etməyin.
  • Check-up paketinizdə "Nəcisdə Gizli Qan Testi" varsa, görüşünüzün 5 gün əvvəlindən aspirin qəbul etməyi dayandırın. Əgər müntəzəm aspirin istifadənizi tələb edən bir vəziyyət (koroner ürək xəstəliyi, ürək qapaqcığı xəstəliyi və s.) varsa, bu vəziyyəti veriləcək məlumat formasına mütləq qeyd edin.