Niyə Check-up Etdirməliyik?

Check-up Nədir?

Check-up, heç bir əlamət göstərməyən, lakin gələcəkdə xəstəliyə yol aça biləcək problemlərin aşkarlanaraq profilaktik tədbirlərin görülməsi üçün aparılan ümumi və əhatəli sağlamlıq taramasıdır. Xüsusilə ölüm riski yüksək olan xəstəliklərin erkən diaqnozu və müalicəsində mühüm rol oynayır.

Check-up Həyat Xilas Edir

Xəstəxanamızın check-up proqramı sağlamlıq vəziyyətiniz haqqında kifayət qədər məlumat verən və daxili xəstəliklər mütəxəssisinin nəzarəti altında aparılan bir proqramdır. Apardığımız check-up-lar nəticəsində xəstəxanamızda bir çox xəstəyə erkən diaqnoz qoyularaq müalicələri uğurla həyata keçirilmiş və normal həyatlarına qayıtmaları təmin edilmişdir.

Check-up ilə Nə Hədəflənir?

Məqsəd, insanların həyat keyfiyyətini təsirləyə biləcək koroner arteriya xəstəliyi, xərçəng, hipertoniya, yüksək xolesterol və diabet kimi risk qrupundaki xəstəliklərlə yanaşı digər narahatlıq növlərini erkən dövrdə müəyyən edərək lazımi profilaktik tədbirləri və müalicə metodlarını tətbiq etməkdir.

Check-up Məcburidirmi?

Check-up məcburi deyil. Lakin sağlamlığımız bizim üçün əhəmiyyətlidirsə, xəstələnmədən əvvəl check-up proqramlarına qatılmaq vacibdir.